AZ

Makrona İsrail-İran savaşı haqda nə deyib? – Tramp əsəbiləşdi

ABŞ Prezidenti Donald Trampla fransalı həmkarı Emmanuel Makron arasında mübahisə yaranıb.

Olaylar.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri sosial media hesabında paylaşım edib.

"Makron ictimaiyyətə açıqlama vermək üçün yalandan deyib ki, mən İsrail və İran arasında atəşkəs üzərində işləmək üçün Kanadada keçirilən G7 Sammitini tərk etdim. Amma bu, yanlışdır. Makronun mənim Vaşinqtona niyə qayıtmağım barədə fikri yoxdur. Bunun İran-İsrail arasındakı atəşkəslə heç bir əlaqəsi yoxdur. Daha böyük bir şeylə bağlıdır", - Tramp bildirib.

ABŞ prezidenti qeyd edib ki, qəsdən olub-olmamasından asılı olmayaraq, Emmanuel həmişə səhv edir.

Qeyd edək ki, bundan əvvəl Donald Tramp jurnalistlərlə söhbətində İranın nüvə proqramı ilə bağlı razılığın əldə olunacağına əmin olduğunu bildirib.

O, açıq şəkildə deyib ki, yaxın günlərdə ABŞ və İran arasında diplomatik irəliləyiş gözləmək olar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
7
1
olaylar.az

2Mənbələr