AZ

Fazil Novruzov: Media hamı üçün əlçatan olmalıdır

Media, xüsusən audiovizual media hamı üçün əlçatan olmalıdır.

"Report" xəbər verir ki, bunu Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzov "Audiovizual mediada bərabərlik və informasiyaya əlçatanlıq" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, Azərbaycanda insan hüquqları və azadlıqları əsas prioritet sahələrdən biridir.

Aparat rəhbəri əlavə edib ki, "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanuna dəyişiklik bir çox qurumların da birgə fəaliyyəti üçün zəmin yaratdı.

"Bu dəyişiklik artıq zamanın tələbi idi. Media sahəsində son illər aparılan sistemli islahatlar əlilliyi olan şəxslərdən kənara çıxa bilməzdi. Bu şəxslərin hüquqlarının qorunması eyni zamanda insan hüquqlarının birbaşa tətbiqidir".

Seçilən
13
report.az

1Mənbələr