AZ

ABŞ-dən İrana şok təklif: Tehran razılaşacaqmı?

ABŞ-nin bu həftə Prezident Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff ilə İranın xarici işlər naziri Abbas Əraqçi arasında görüş ehtimalını dəyərləndirdiyi bildirilir.

"Cebheinfo.az" xəbər verir ki, bu iddia ilə “Axios” portalı məlumat yayıb.

Portala danışan mənbələr iki ölkə arasında planlaşdırılan təmasda əsas məqsədin nüvə sazişini müzakirə etmək və İran ilə İsrail arasında münaqişəyə son qoymaq olduğunu iddia edib.

Adı açıqlanmayan ABŞ rəsmisi “Axios” portalına Vitkoff və Əraqçi arasında görüş ehtimalını təsdiqləyərək, "Bu həftə iranlılarla görüş nəzərdə tutulur" deyib.

Məlumatda Tramp administrasiyasının dünənki görüş təklifini İran tərəfi ilə paylaşdığı və Trampın İranın Fordo uran zənginləşdirmə obyektini məhv etmək üçün lazım olan bunker partladan bombaları Tehranı razılaşmaya məcbur etmək üçün mühüm təzyiq elementi kimi gördüyü iddia edilib.

Seçilən
7
cebheinfo.az

1Mənbələr