AZ

Məhkəmənin Arutyunyana verəcəyi cəza açıqlandı

BAKI, 17 iyun. TELEQRAF

Ermənistanda məhkəmənin ləğv edilmiş separatçı rejimin “keçmiş müdafiə naziri” Cəlal Arutyunyana qarşı başlanmış cinayət işi üzrə verəcəyi yekun qərar açıqlanıb.

Teleqraf xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti məlumat yayıb.

Məlumatda deyilir ki, birinci instansiya məhkəməsinin qərarını dəyişməz saxlaması istisna olunmur. Məhkəmə separatçını 44 günlük müharibə zamanı hərbi xidmətə səhlənkar münasibətdə təqsirli bilib.

Xatırladaq ki, Cəlal Arutyunyan 44 günlük müharibə vaxtı ləğv edilmiş separatçı rejimin “müdafiə naziri” olub. General müharibənin əvvəlində Azərbaycan ordusunun PUA zərbəsi ilə yaralanıb. Hərbi cinayətkarın hərəkətdə olan maşını dronla vurulsa da, o, xilas ola bilmişdi.

Seçilən
2
teleqraf.com

1Mənbələr