AZ

“İran-İsrail savaşı Ermənistana baha başa gələ bilər”

“Hazırkı hakimiyyətin maraqlarımıza zidd olan siyasəti ucbatından İran-İsrail münaqişəsi Ermənistana çox baha başa gələ bilər”.

Tribunainfo.az xəbər verir ki, bunu erməni politoloq Derenik Malxasyan deyib.

Onun sözlərinə görə, Ermənistanın Zəngəzur dəhlizinə qarşı çıxması Qərb və Türkiyənin maraqlarına ziddir. “Bu gün Azərbaycanla müttəfiq olan İsrail, həm də bölgədə Qərbin maraqlarını qoruyur. Onların məqsədi İranı regional super güc mərkəzi kimi aradan qaldırmaqdır”.

Maxlasyan hesab edir ki, İranın güc faktoru kimi aradan qaldırması Ermənistanın Zəngəzuru itirməsi ilə nəticələnəcək. “Azərbaycan sülh müqaviləsini o zaman imzalayacaq ki, onun məzmunu Ermənistanın qeyd-şərtsiz təslim olsun”.

Fərda Uğur

Seçilən
19
1
tribunainfo.az

2Mənbələr