AZ

Vulkan püskürməsini çəkən zaman uçurumdan yıxıldı

Havay adalarında vulkan püskürməsini lentə almağa çalışan turist uçurumdan yıxılıb. Bu barədə “New York Post” məlumat yayıb. Qeyd edilir ki, o, möcüzə nəticəsində sağ qalıb. 


Bədbəxt hadisə iyunun 11-də Havay Vulkanları Milli Parkının Bayron Ledge adlanan ərazisində baş verib. ABŞ-nin Boston bölgəsinin sakini daha yaxşı fotoşəkillər çəkmək üçün püskürən Kilauea vulkanının daha ideal mənzərəsini tapmağa çalışıb.


"Turist saat 21 radələrində uçurumun kənarına yaxınlaşandan sonra büdrəyib. O, daha dərinə, 30 metr aşağı yıxıla bilərmiş. Ancaq bir ağac onun uzağa yıxılmasının qarşısını alıb. Axtarış-xilasetmə qrupları kişini təxminən 9 metr dərinlikdə tapıblar. Turist yalnız üz nahiyəsindən yüngül xəsarətlərlə xilas ola bilib", - nəşr yazıb.

Tural

Seçilən
1
news365.az

1Mənbələr