AZ

Tramp: “Milli Qvardiyanı göndərməsəydim, Los-Anceles yandırılmışdı” – ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bildirib ki, Milli Qvardiyanı Los-Ancelesə göndərməsəydi, şəhər tamamilə yanaraq məhv olardı. O, bu addımı ilə Kaliforniya qubernatoru Qevin Nyusoma kömək etdiyini vurğulayıb.

"Əgər Milli Qvardiyanı Los-Ancelesə göndərməsəydim, bu şəhər bu gün külə dönmüş olardı", - deyə Tramp Truth Social platformasında yazıb. O, Nyusomu ABŞ tarixindəki ən zəif qubernatorlardan biri adlandırıb.

Tramp əleyhinə etirazlar iyunun 7-də Los-Ancelesdə ABŞ Gömrük və Miqrasiya Xidmətinin şəhər mərkəzində keçirdiyi əməliyyatdan sonra alovlanıb. Aksiyalar miqrantlara qarşı sərt tədbirlərə və federal maliyyə kəsintiləri xəbərinə etiraz olaraq baş verib. Növbəti gün Ağ Ev Milli Qvardiyanın şəhərə yerləşdirildiyini elan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
7
olaylar.az

1Mənbələr