AZ

Azərbaycanda AZIPS, AÖS və XÖHKS üzrə əməliyyatların həcmi və sayı əhəmiyyətli dərəcədə artıb

2025-ci ilin aprel ayında Azərbaycanda Real Vaxt Rejimində Hesablaşmalar Sistemi (AZIPS) vasitəsilə aparılan tranzaksiyaların həcmi 71 milyard manatı ötüb, əməliyyat sayı isə 193 minə yaxınlaşıb.

Finss.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə AZIPS üzrə əməliyyatların həcmi 47,5 faiz (22,8 milyard manat), sayı isə 8 faiz (14,4 min ədəd) artıb. Müqayisə üçün, 2024-cü ilin aprelində AZIPS üzərindən 48,1 milyard manat məbləğində və 179 min sayda əməliyyat həyata keçirilmişdi.

Eyni dövrdə Ani Ödənişlər Sistemi (AÖS) vasitəsilə aparılan əməliyyatların həcmi 136,5 milyon manat, sayı isə 114,1 min ədəd təşkil edib. Bu da ötən ilin aprel ayına nisbətən müvafiq olaraq 57,8 faiz (50 milyon manat) və 68,5 faiz (46,4 min ədəd) artım deməkdir.

Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) üzrə göstəricilər də artım dinamikası nümayiş etdirib. 2025-ci ilin aprelində bu sistem vasitəsilə 6,257 milyard manatlıq və 15,1 milyon sayda əməliyyat icra olunub. Əməliyyat həcmi əvvəlki illə müqayisədə 31,4 faiz (1,5 milyard manat), sayı isə 7,2 faiz (təxminən 1 milyon ədəd) çoxalıb.

Fuad Mədətov
Finss.az

Seçilən
12
fins.az

1Mənbələr