ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişənin həlli üçün Moskva ilə razılığın əldə edilməsi ümidi ilə hələlik Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmədiyini bildirib:
“Çünki mən razılaşmanın imzalanıb-imzalanmayacağına baxmağı gözləyirəm” deyən Tramp Kanadada keçirilən Yeddilik Qrupunun (G7) sammiti çərçivəsində jurnalistlərə bildirib. ABŞ prezidenti əlavə edib ki, Rusiyaya qarşı sanksiyalar ABŞ-a milyardlarla dollar itkiyə başa gəlir.
“Unutmayın ki, sanksiyalar bizə çox pul bahasına başa gəlir… Sanksiyalar o qədər də sadə və birtərəfli yol deyil”, – deyə Tramp bildirib.
Xatərladaq ki, G7 sammiti iyunun 15-dən 17-dək Kanadanın Kananaskis (Alberta) bölgəsində keçirilir.
//Samir Qurbanov, Editor.az