AZ

Qızılın qiyməti cuzi ucuzlaşıb - DETALLAR

Son həftələrdə İran-İsrail gərginliyi və qlobal risklər fonunda 3,400 dollar həddinə qədər yüksələn qızıl qiymətləri bu gün bir qədər geriləyərək 3,386.88 ABŞ dolları səviyyəsində qərarlaşıb.

Bitcoin qiyməti kəskin artdı - SON QİYMƏT

FED.az xəbər verir ki, bu günlük 10.76 dollar və ya -0.32% azalma deməkdir.

Halbuki, son 1 il ərzində qızıl 45.93% dəyər qazanaraq böyük investor marağına səbəb olmuşdu. Son 6 ayda isə artım 28.80% civarındadır. Bu, geosiyasi risklərin davam etməsinə baxmayaraq, qiymətdə təzyiqin müvəqqəti olduğunu göstərə bilər.

Mütəxəssislər bu tip kiçik enişlərin mənfəət realizasiyası ilə əlaqəli olduğunu bildirirlər və hələ də qızılın orta və uzunmüddətli perspektivdə yüksəliş potensialı saxladığını vurğulayırlar.

Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.

Seçilən
11
fed.az

1Mənbələr