AZ

Həbib Kərimov: Elm və Təhsil Nazirliyi bütün şəxslərin təhsilə cəlb olunması üçün işlər aparır

Elm və Təhsil Nazirliyi bütün şəxslərin təhsilə cəlb olunması üçün işlər aparır.

"Report" xəbər verir ki, bunu nazirliyin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Həbib Kərimov "Audiovizual mediada bərabərlik və informasiyaya əlçatanlıq" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, əqli və fiziki məhdudiyyətli şəxslər üçün təhsilin təşkili tədbirləri davam etdirilir:

"Həmin şəxslərin peşə məktəblərində və kolleclərdə təhsillərini davam etməsi üçün işlər görürük. Eşitmə qabiliyyəti qismən məhdudlaşan 7-8 nəfər, eşitmə qabiliyyəti tam məhdud olan 30-dan çox məzun müxtəlif kolleclərdə fəaliyyətlərini davam etdirir. DİM-in imtahanlarında 596 bal toplayan görmə qabiliyyəti olan şəxslər ölkədəki ən yaxşı universitetlərdə təhsil alır".

Nazirlik rəsmisi əlavə edib ki, həmin şagirdlərin müxtəlif yarışlarda beynəlxalq arenaya çıxmaları onların cəmiyyətə inteqrasiyası üçün önəmli addımdır.

Seçilən
29
1
report.az

2Mənbələr