AZ

Azərbaycan banklarında fiziki şəxslərin əmanətləri mayın 1-nə 14,9 milyard manata yaxın olub

2025-ci ilin may ayının 1-nə olan məlumata əsasən, Azərbaycan banklarında fiziki şəxslərin əmanətlərinin ümumi həcmi 14 milyard 853 milyon manat təşkil edib.

Finss.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin aprel ayı ilə müqayisədə 221 milyon manat və ya 1,5 faiz azalıb. Bununla yanaşı, ötən ilin eyni dövrü ilə müqayisədə əmanətlərdə 1 milyard 356 milyon manat və ya 10 faizlik artım qeydə alınıb.

Fiziki şəxslərin banklardakı əmanətlərinin 9 milyard 923 milyon manatı milli valyutada, 4 milyard 929 milyon manatı isə xarici valyutada saxlanılır.

Milli valyuta ilə olan əmanətlər aylıq müqayisədə 166,8 milyon manat və ya 1,7 faiz azalsa da, illik müqayisədə 1 milyard 50 milyon manat və ya 11,8 faiz artıb. Xarici valyuta ilə əmanətlər isə aprel ayına nisbətdə 54,2 milyon manat və ya 1,1 faiz azalıb, lakin ötən ilin eyni dövrünə nəzərən 305,8 milyon manat və ya 6,6 faiz artım göstərib.

Fuad Mədətov
Finss.az

Seçilən
14
fins.az

1Mənbələr