AZ

Türkiyədə narkotik satıcılarına qarşı əməliyyat keçirilib

BAKI,TurkicWorld

Türkiyənin 75 şəhərində keçirilən genişmiqyaslı əməliyyatlar nəticəsində 1 ton 24 kiloqram narkotik maddə və 5 milyon 375 min ədəd narkotik tərkibli həb müsadirə edilib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya X sosial media hesabından paylaşım edib.

Əməliyyatlar zamanı ümumilikdə 2 min 311 nəfər şübhəli şəxs saxlanılıb.

Həmçinin qeyd olunub ki, əməliyyatlara 2 min 335 xüsusi qrup, 8 min 340 polis əməkdaşı, 37 hava vasitəsi və 53 narkotik axtarış itinin cəlb edildiyi bildirilib. Əldə olunan nəticələrə əsasən, böyük miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsinin qarşısı alınıb.

Nazir Yerlikaya, əməliyyatlarda əməyi keçən valiləri, baş prokurorları, vilayət polis idarələrinin rəhbərlərini və bütün polis əməkdaşlarını təbrik edib. O, narkotiklə mübarizəni “insanlığın ən böyük düşməninə qarşı aparılan mübarizə” adlandırarıb.

Seçilən
10
turkic.world

1Mənbələr