Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatının fərdi yarışında bu gün Azərbaycanın daha iki cüdoçusu mübarizəyə qoşulacaq.
Vüqar Talıbov və Elcan Hacıyev (hər ikisi 90 kq) tatami üzərinə çıxacaq.
V.Talıbov 1/32 finalda gürcüstanlı Luka Maysuradze ilə üz-üzə gələcək.
E.Hacıyev isə 1/16 finaldan mübarizəyə qoşulacaq. Onun rəqibi 1/32 finalda baş tutacaq Nurbek Murtuzoev (Özbəkistan) - Remi Feullet (Mavriki) görüşündə müəyyənləşəcək.
Qeyd edək ki, Azərbaycanı mundialda 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Millimiz həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq. Cüdoçularımızdan Zelim Tçkayev bürünc medal qazanıb.