AZ

Türkiyə və Azərbaycan: Media Əməkdaşlığında Yeni Çağırışlar və Birlik Mesajı

Türkiyə

Türkiyə səfiri və Mətbuat Şurası arasında media əməkdaşlığı müzakirə olunubBu gün Türkiyənin Azərbaycandakı səfirliyində Mətbuat Şurası İdarə Heyətinin üzvləri ilə görüş keçirilib. Görüşdə Türkiyənin səfiri Birol Akgün və Azərbaycan mediasının nümayəndələri iştirak ediblər. Tərəflər iki ölkə arasında media əməkdaşlığının mövcud vəziyyətini və gələcək planlarını müzakirə ediblər.Toplantıda son günlər Türkiyə mediasında Azərbaycana qarşı yayılan qərəzli və yanlış informasiyalarla bağlı narahatlıq ifadə olunub. Səfir Birol Akgün qeyd edib ki, İsrail-Fələstin və İsrail-İran münaqişələri fonunda Türkiyə ilə Azərbaycanın qardaşlıq münasibətlərini pozmaq istəyən qüvvələr fəallaşıblar. O, bu cür təxribatlara qarşı diqqətli olmağın vacibliyini vurğulayıb.Mətbuat Şurasının üzvləri bəzi Türkiyə media quruluşlarının yaydığı yanlış informasiyaların Türk dünyasının birliyinə zərbə vurduğunu bildiriblər. Onlar bu cür dezinformasiyaların yalnız Azərbaycana deyil, həm də Türkiyənin milli maraqlarına zidd olduğunu qeyd ediblər.Səfir Birol Akgün, həmçinin, Türkiyədəki zəlzələ zamanı Azərbaycanın göstərdiyi dəstəyin heç vaxt unudulmayacağını bildirib. O, iki ölkə arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.Bu görüş, Türkiyə və Azərbaycan arasında media sahəsində əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı anlaşmanın artırılması istiqamətində atılan mühüm addım kimi qiymətləndirilir.R.İkramlıUlusum.az

Diqqət Çəkənlər

Tehranı nə gözləyir? 15 milyonluq şəhərdən kütləvi çıxış başlayıb? - VİDEO

İsrailin İran planı təkcə günlər yox, həftələrlə davam edə bilər – CNN xəbər verir

Oğuz–Qəbələ xəttində qəza, su iyunun 20-dək fasilə ilə veriləcək

Seçilən
7
ulusum.az

1Mənbələr