Gələn mövsüm Azərbaycan Premyer Liqasında çıxış edəcək "Karvan" klubunun ev oyunlarını keçirdiyi Yevlax şəhər stadionu ilə bağlı yeni xəbərlər var.
Operativ Media-nın məlumatına görə stadionun əsas meydançasının ot örtüyü təbii olacaq.
Ehtiyat meydança isə süni ot örtüyü ilə təmin ediləcək.
Qeyd edək ki, işlərə tezliklə baslanılması gözlənilir.