AZ

AFFA 2 kluba texniki məğlubiyyət verib

AFFA-nın İntizam Komitəsinin iclası olub.

İdman.biz xəbər verir ki, toplantıda aşağı liqalarda baş verən qayda pozuntularına hüquqi qiymət verilib.

U-17 Liqasında keçirilməli olan “Turan Tovuz” – “Dinamo” (Bakı) oyununda qonaqlar nəzərdə tutulmuş vaxtda meydanda olmadığı üçün 0:3 hesablı texniki məğlubiyyətlə cəzalanıblar.

U-12 Liqasında keçirilməli olan “Kürdəmir” – “İsmayıllı” oyununda da eyni hal yaşanıb. Bu dəfə ev sahibləri nəzərdə tutulmuş vaxtda meydanda olmadıqları üçün texniki məğlubiyyətlə üzləşiblər – 0:3.

İdman.biz

Seçilən
6
idman.biz

1Mənbələr