AZ

Kanserogen aşkarlandı -Məşhur çay markası rəflərdən yığışdırılır


Almaniyada bazar rəflərindəki məşhur çay markasında kanserogen aşkarlanıb. Bazar rəflərindən kanserogen aşkarlanan çaylar yığışdırılıb və içilməməsi ilə bağlı xəbərdarlıq edilib.

Medicina.az xəbər verir ki, dünyada sağlamlığa təhlükə yaradan məhsulların aşkarlanması aramsız davam edərkən, Almaniyada satılan məşhur çay markasının geri çağırılması barədə qərar qəbul edilib.



Exper Handels GmbH tərəfindən istehsal olunan və “Selen-Form & Purifying” adı ilə satışa çıxarılan bitki çayı tərkibində insan sağlamlığına zərərli olan "Danthron" maddəsinin olduğu səbəbilə təcili olaraq bazardan çıxarılır.

Yoxlamalar zamanı tərkibində "Danthron" maddəsi aşkar edilən çayları alan vətəndaşlara dərhal istifadəni dayandırmaları barədə xəbərdarlıq edilir.

Sözügedən çayların, xüsusilə 40 qramlıq paketlərdə və ya 20-li paketlər şəklində, son istifadə tarixi 06/2027 və partiya nömrəsi LOT: 04/24 olan çayların risk qrupunda olduğu bildirilir.

Səlahiyyətlilər "Danthron"un bədəndə ciddi yan təsirlərə səbəb ola biləcəyini və müvafiq məhsulların qəbulunun dayandırılması lazım olduğunu vurğulayırlar.



Həzm sisteminə təsiri olduğu bilinən bu kimyəvi maddənin xüsusilə uzun müddətli istifadəsi ilə xərçəngə səbəb ola biləcəyi deyilir.

Bu səbəbdən məhsulu alanlardan heç istifadə etməmələri və əllərindəki çayı dərhal geri qaytarmaları xahiş olunur.

Şirkət geri çağırma çərçivəsində müştərilərə rahatlıq təmin edir. Qaytarma prosesi qəbz təqdim edilmədən həyata keçirilə bilər və məhsulun qiyməti tam olaraq geri qaytarılır.

Aygün
Medicina.az


Seçilən
5
medicina.az

1Mənbələr