İyunun 13- də İrana hücumların ilk gecəsi hava hücumunda iştirak edən bəzi İsrail qırıcıları Türkiyənin hava məkanını pozub.
Operativ Media xəbər verir ki, bu barədə "Hürriyet" məlumat yayıb.
"İsrail təyyarələrinin aşkarlanmasından sonra Türkiyə Hərbi Hava Qüvvələri bir neçə F-16 qaldırdı. İsrail pilotlarına Türkiyə hava məkanını tərk etmək əmri verildi və onlar dərhal bu əmri yerinə yetirdilər", - məlumatda qeyd olunub.