Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Türkiyəyə iki günlük rəsmi səfərə yollanıb.
"Report" Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin qanunverici orqanının məlumatında deyilir.
Səfər çərçivəsində Gürcüstan parlamentinin spikeri türkiyəli həmkarı - Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla görüşəcək.