AFFA İntizam Komitəsinin iclası keçirilib.
Futbolpress.az xəbər verir ki, toplantıda Gənclər Liqası və aşağı yaş qrupları üzrə liqalardakı oyunlarla bağlı aşağıdakı qərarlar qəbul edilib:
3 iyun 2025-ci il tarixində AFFA Gənclər Liqasında keçirilən Səbail PFK-Araz Naxçıvan PFK oyununda Araz Naxçıvan PFK komandasının heyətində N50 futbolçu Məhəmməd Rəşidli qarşılaşmanın 90+2-ci dəqiqəsində rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalansın (maddə 43.1);
3 iyun 2025-ci il tarixində AFFA Gənclər Liqasında keçirilən Səbail PFK-Araz Naxçıvan PFK oyununda qarşılaşmanın 90+2-ci dəqiqəsində Səbail PFK komandasının heyətində N5 futbolçu Murad Fərzəliyev rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalansın (maddə 43.1);
7 iyun 2025-ci il tarixində AFFA Gənclər Liqasında keçirilən Neftçi PFK-Turan Tovuz FK oyununda Nefçti PFK komandasının heyətində N77 futbolçu Mirəli Hüseynov qarşılaşmanın 55-ci dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalansın (maddə 40.3);
4 iyun 2025-ci il tarixində AFFA U-17 Liqasında keçirilməli olan Turan Tovuz FK-Dinamo (Bakı) FK oyunu Dinamo (Bakı) FK komandası nəzərdə tutulmuş vaxtda meydanda olmadığı üçün baş tutmadığına görə Dinamo(Bakı) FK komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 63.1);
7 iyun 2025-ci il tarixində AFFA U-17 Liqasında keçirilən Zirə PFK-Neftçi PFK oyununda Zirə PFK komandasının köməkçi məşqçisi Sahil Cəfərov meydana daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalansın (maddə 42.3);
7 iyun 2025-ci il tarixində AFFA U-12 Liqasında keçirilən Difai-Çərəkə oyununda Difai komandasının heyətində N3 futbolçu Feyruz Nuruyev qarşılaşmanın 56-cı dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 41);
7 iyun 2025-ci il tarixində AFFA U-12 Liqasında keçirilən İmişli FK-Araz Saatlı oyununda Araz Saatlı komandasının heyətində N11 futbolçu Əkbər Muradlı qarşılaşmanın 56-cı dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 41);
7 iyun 2025-ci il tarixində AFFA U-12 Liqasında keçirilməli olan Kürdəmir FK-İsmayıllı FK oyunu Kürdəmir FK komandası nəzərdə tutulmuş vaxtda meydanda olmadığı üçün baş tutmadığına görə Kürdəmir FK komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 63.1);
8 iyun 2025-ci il tarixində AFFA U-12 Liqasında keçirilən Qarabağ FK-Anart FK oyununda Anart FK komandasının heyətində N4 futbolçu Yusif Qasımlı qarşılaşmanın 58-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 36.5);
8 iyun 2025-ci il tarixində AFFA U-12 Liqasında keçirilən Qarabağ FK-Anart FK oyununun 55-ci dəqiqəsində Anart FK komandasının məşqçisi Akif Hümbətov hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 42.4);