AZ

2025-ci ildə Avropanın ən yaxşı çimərlikləri

Norveçin Lofoten adalarında yerləşən mənzərəli Haukland çimərliyi reytinqə başçılıq edir.
Bir çox turist üçün Avropada çimərlik tətilləri yalnız Yunanıstan, İtaliya, İspaniya, Portuqaliya və ya Xorvatiya kimi cənub istiqamətləri ilə əlaqələndirilir.

Ucnoqta.az xəbər verir ki. bununla belə, dünyanın ən böyük səyahət nəşriyyatı olan Lonely Planet-in mütəxəssisləri əmin edirlər ki, siz daha çox şimali Avropa ölkələrində də yaxşı yay çimərlik tətili keçirə bilərsiniz.

Avropanın ən yaxşı çimərliklərinin son reytinqində nəşrin komandası soyuq Norveçdəki Lofoten adalarında yerləşən Haukland çimərliyini birinci yerə qoyub.

Reytinqdə ikinci yeri İtaliyanın Sardiniya adasındakı Kala Qoloritze, üçüncü yeri isə Şotlandiyanın Berneray adasındakı West Beach şəhəri tutub.
2025-ci ildə Avropanın 20 ən yaxşı çimərliyi
Haukland çimərliyi, Lofoten adaları, Norveç.
Cala Goloritze, Sardiniya, İtaliya.
West Beach, Berneray, Şotlandiya.
Palombaggia Beach, Korsika, Fransa.
Illetas çimərliyi, Formentera, İspaniya.
Barafundle Bay, Pembrokeshire, Uels.
Arrifana çimərliyi, Alqarve, Portuqaliya.
Cala Macarella, Menorka, İspaniya.
Navagio çimərliyi, Zakintos, Yunanıstan.
Coll Baix Beach, Mallorca, İspaniya.
Porquerolles adası, Fransız Rivierası, Fransa.
Raudasandur (Qırmızı çimərlik), Vestfjords yarımadası, İslandiya.
Praia as Catedrais, Galicia, İspaniya.
Sveti Stefan, Monteneqro.
Lara çimərliyi, Kipr.
Zlatni Rat, Brac adası, Xorvatiya.
Dueodde Beach, Bornholm adası, Danimarka.
Keem Bay, Mayo qraflığı, İrlandiya.
Myrtos Beach, Kefalonia adası, Yunanıstan.
Konigli çimərliyi, Siciliya adası, İtaliya.

Seçilən
11
ucnoqta.az

1Mənbələr