AZ

“Fitch Ratings” Azərbaycanda inflyasiyanın azalacağını proqnozlaşdırır

Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” 2025-ci ildə Azərbaycanda orta illik inflyasiyanın 5,3%, 2026-cı ildə isə 4,6% səviyyəsinə düşəcəyini proqnozlaşdırır.

Bu barədə Finns.az “Fitch”in hesabatına istinadən xəbər verir.

Agentliyin məlumatına görə, qeyd olunan göstəricilər Azərbaycan Mərkəzi Bankının hədəf inflyasiya diapazonu olan 4% ± 2 faiz bəndi daxilində qalır.

“Fitch”in analitikləri ölkədə davam edən inflyasiya riskləri və ehtiyatlı monetar siyasəti nəzərə alaraq, Mərkəzi Bankın uçot dərəcəsini 2026-cı ilə qədər aşağı salmayacağını gözləyirlər.

Hesabata əsasən, 2025-ci ilin yanvar-may aylarında illik inflyasiya 5,9% səviyyəsinə yüksəlib. Bu isə, əsasən, keçən ilin aşağı baza effekti və 2025-ci ilin ilk rübündə minimum əmək haqqının artırılması ilə əlaqələndirilir.

Fuad Mədətov
Finss.az

Seçilən
10
fins.az

1Mənbələr