AZ

Çaykovski Simfonik Orkestri Azərbaycana təşəkkür edib

Çaykovski Simfonik Orkestri İrandan sənətçilərin təxliyəsinə göstərdiyi köməyə görə Azərbaycana təşəkkür edib.

Operativ Media xəbər verir ki, Bakıda Müslüm Maqomayev adına Dövlət Filarmoniyasının səhnəsində dirijor Arsenti Tkaçenkonun rəhbərliyi ilə rusiyalı musiqiçilər çıxış ediblər.

Onlar “Yevgeni Onegin” operasından klassik parçalar, “Bürünc atlı” baletini, Raxmaninov, Bax, Çaykovskinin musiqilərini ifa ediblər.

“Bir daha Azərbaycan və İranın hakimiyyət orqanlarına, eləcə də diplomatlarımıza belə çətin vəziyyətdə rus sənətçilərinə göstərilən köməyə görə səmimi təşəkkürümüzü bildiririk!”, - deyə Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova deyib.

Seçilən
1
operativmedia.az

1Mənbələr