AZ

"Bir oğlanla qucaqlaşdıqları fotolar yerləşdirirlər" - PSİXOLOQ ŞƏRH ETDİ

"Bəzən olur ki, insanın ekrana qoyduğu şəkillərdən onu yanlış anlaya bilirik. Amma demək olar ki, 80-85% hallarda — xüsusilə də vurğulayıram — yeni yetmələrin paylaşdığı şəkillərdə onların daxili dünyasını, xarakterini, obrazını və hətta gələcək həyat tərzlərini (əgər müdaxilələr olmasa) görmək mümkündür". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

Onun sözlərinə görə, bəzən elə yeniyetmə var ki, mən ilk olaraq onun valideyni ilə söhbət edərkən, valideyn deyir: “Heç bilmədim bu nə vaxt oldu, nə zaman baş verdi, niyə baş verdi, mən harada səhv etdim?”

O səhv valideyn o zaman buraxır ki, övladının ekrana qoyduğu şəkilə diqqət yetirmir. Bu, çox önəmlidir. Çünki həmin şəkildə artıq onun gələcək həyat tərzini əks etdirən müəyyən məqamlar öz əksini tapır: "Bəzən görürsən ki, gənc qızlar elə şəkillər paylaşırlar ki, hətta cinsi münasibəti anlamadıqları halda, bir oğlanla qucaqlaşdıqları fotolar yerləşdirirlər. Və ya şeytani obrazları əks etdirən film və ya cizgi qəhrəmanlarını ekrana qoyurlar. Elə insanlar da var ki, özü də fərqində olmadan, altşüurunun ona nə dediyini anlamadan, sanki bir kitab mütaliə edir — bu şəkillər vasitəsilə. Belə hallarda biz onların psixi xüsusiyyətlərini və temperamentlərini araşdırdıqda, qoyduqları şəkillərin həyatlarına nə qədər təsir etdiyini müşahidə edirik.

Amma bəzən də olur ki, düşünmə prosesində balaca bir problem yaranır. Qoyduğu şəkillərin nə psixoloji xüsusiyyəti, nə də daxili dünyası ilə heç bir əlaqəsi olmur. Sadəcə deyir: “Filankəs qoyub, mən də ondan götürmüşəm”. Belə cavablar da alırıq. Ona görə də, ekrana qoyduğumuz şəkillər bəzən bizim kimliyimiz qədər — adımız, soyadımız qədər — müəyyən psixoloji sindromların ilkin açarı kimi özünü göstərə bilər".

Müəllif: Ziya Hikmətoğlu
Seçilən
2
1
sia.az

2Mənbələr