AZ

Əlilliyi olan şəxslərin informasiya alma hüququ onların cəmiyyətin tamhüquqlu üzvü kimi iştirakı üçün əsas şərtlərdən biridir - Fazil Novruzov

Bakı. Trend:

Müasir dövrdə informasiya insan həyatının ayrılmaz hissəsidir.Təhsil, səhiyyə, məşğulluq, hüquq və ictimai fəaliyyət sahələrindəuğurlu iştirak üçün informasiyaya bərabər çıxış həyati əhəmiyyətdaşıyır. Əlilliyi olan şəxslər üçün informasiya yalnız mövcudolmaqla kifayətlənmir, onların fiziki və ya intellektualimkanlarına uyğun formada təqdim edilməklə əlçatan sayılır.

Trend xəbərverir ki, bunu Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzovqurumun təşkilatçılığı ilə keçirilən “Audiovizual mediadabərabərlik və informasiyaya əlçatanlıq’’ mövzusunda tədbirdə çıxışızamanı deyib.

Aparat rəhbəri bildirib ki, görmə məhdudiyyətli şəxslər üçün“braille” əlifbası və səsli materiallar, eşitmə məhdudiyyətlişəxslər üçün işarət dili və altyazılar, intellektual pozuntularıolan şəxslər üçün isə sadələşdirilmiş və vizual təqdimatlar bukateqoriyaya daxildir:

“Əlilliyi olan şəxslər üçün əlçatan informasiya dedikdə,informasiyanın həmin şəxslərin fiziki, duyğu və intellektualimkanlarına uyğun şəkildə təqdim olunması nəzərdə tutulur”.

F.Novruzov əlavə edib ki, tədbirin keçirilməsində əsas məqsəd“Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna edilmişdəyişikliklərlə bağlı müzakirələr aparmaq və bütün audiovizualyayımçıları bu prosesə təşviq etməkdir.

“Əlilliyi olan şəxslərin informasiya alma hüququ onlarıncəmiyyətin tamhüquqlu üzvləri kimi iştirakı üçün əsas şərtlərdənbiridir. Bu hüququn təmin olunması üçün ümumilikdə mediasubyektləri, dövlət orqanları və vətəndaş cəmiyyəti arasındakoordinasiyalı və davamlı əməkdaşlıq vacibdir.

Bununla yanaşı, ictimaiyyətin bu mövzuda maarifləndirilməsi dəönəmlidir. Eyni zamanda, mediada əlçatanlığın təkmilləşdirilməsiüçün həm texniki, həm də hüquqi baza gücləndirilməlidir.

İnklüziv informasiya mühiti təkcə əlilliyi olan şəxslər üçündeyil, ümumilikdə cəmiyyət üçün inkişaf göstəricisidir. Əlilliyiolan vətəndaşlarımızın informasiya resurslarına bərabər çıxışı həmbu günümüzün, həm də gələcəyimizin məsuliyyətidir”, — deyə ofikrini tamamlayıb.

Məqalədə:
Seçilən
2
az.trend.az

1Mənbələr