AZ

Daha bir ulduz "Real"dan gedir -

“Real Madrid”in Franko Mastantuononu transfer edəndən sonra yarımmüdafiə mövqeyində rəqabət güclənib. Metbuat.az xəbər verir ki, Arda Gülerin də oynadığı yarımmüdafiə mövqeyində Brahim Diaz da yer alır. Məlumata görə, Mastantuonon transferindən sonra Brahim Diaz “Real”dan ayrıla bilər. Məşqçi Xabi Alonsonun yarımmüdafiə mövqeyində futbolçuya üstünlük verməyəcəyi irəli sürülür. Brahim Diaz keçmiş məşqçi Karlo Ançelottinin rəhbərliyi ilə zaman-zaman heyətə düşə bilirdi.

İddialara görə, “Bayer Leverkuzen” Brahim Diazın transferində maraqlıdır. “Leyspiq” klubunun da futbolçunu transfer etmək üçün hərəkətə keçdiyi iddia edilir.

Seçilən
10
1
metbuat.az

2Mənbələr