AZ

Rusiya Kiyevi vurdu: 14 ölü, 60 yaralı

Ötən gecə Rusiya silahlı qüvvələri Kiyevə pilotsuz təyyarələr və raketlərlə kütləvi hücuma keçib.

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu hücum zamanı əsasən yaşayış binaları vurulub, artıq çoxlu sayda insanın öldüyü və yaralandığı məlumdur və onların sayı arta bilər.

Məlumata görə, ruslar Kiyev və onun ətrafına 175 pilotsuz uçan aparat və 14-dən çox qanadlı raket, o cümlədən ən azı iki ballistik raket atıb.

Paytaxtın şərq və qərb kənarlarında güclü yanğınlar qeydə alınıb.

Daxili İşlər Nazirliyinin rəsmi məlumatına görə, Kiyevdə nəfər 14 ölüb, 60 nəfər yaralanıb.

Seçilən
4
1
modern.az

2Mənbələr