AZ

"Qiyamət Radiosu"ndan İran-İsrail münaqişəsi ilə bağlı siqnallar

İnternetdə "Qiyamət günü radiostansiyası" kimi tanınan UVB-76 nömrə stansiyasının mesajları ilə İran-İsrail münaqişəsi arasında mümkün əlaqə barədə məlumatlar peyda olub.

BAKU.WS xəbər verir ki, bu barədə bazar ertəsi, iyunun 16-da "UVB-76 logs" "Telegram" kanalında məlumat verilib.

İstifadəçilərdən biri qeyd edib ki, stansiyanın ötürdüyü bəzi rəqəmlər İranın paytaxtı yaxınlığındakı ərazinin koordinatları ilə qismən üst-üstə düşür.

"9064-ün 35,9064° ş., 6939-un isə 51,6939° şərqə olduğunu fərz etsək, bu koordinatlar Tehran ərazisinə düşür", – istifadəçi teleqram kanalında yazıb.

Seçilən
23
far.az

1Mənbələr