AZ

İsrail vətəndaşları qorxu içində: Terror hücumu xəbərdarlığı

Ajans.az xəbər verir ki, İsraillə İran arasında toqquşmalar 5-ci gündür şiddətlə davam edir. İranın raket hücumlarına görə dəfələrlə sığınmaq məcburiyyətində qalan İsrail xalqı telefonlarına gələn mesajla təlaşlanıblar. İsraildə insanların mobil telefonlarına sığınacaqlarda terror aktlarının ola biləcəyi ilə bağlı xəbərdarlıq mesajı göndərilib.
İsrailin Milli Kiber Müdirliyi, vətəndaşların telefonlarına mümkün terror hücumlarına görə sığınacaqları tərk etmələri barədə xəbərdarlıqların saxta olduğunu açıqlayıb. İsrail Daxili Cəbhə Komandanlığının göndərdiyi xəbərdarlıq mesajlarına oxşadığı bildirilən saxta təcili xəbərdarlıq mesajında bu ifadələr yer alıb: "Sığınacaqlarda terror hücumu ehtimalı var. Növbəti xəbərdarlığa qədər sığınacaqlarda qalmaqdan çəkinin". Digər tərəfdən, gecə saat 12:00-dan başlayaraq 24 saat yanacaqdoldurma məntəqələrində yanacaq satışının olmayacağına dair israillilərin telefonlarına göndərilən mesajların da çaxnaşma yaratmaq məqsədi daşıdığı bildirilib.

Qeyd edək ki, iunun 13-də İsrail İranın müxtəlif şəhərlərindəki nüvə obyektlərini, eləcə də ordunun yüksək komandanlığını hədəf alan irimiqyaslı hücumlara başlayıb.
Hücumlarda İran Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı, bəzi yüksək səviyyəli komandirlər və 9 nüvə alimi həyatını itirərkən, mülki vətəndaşların ümumi itkisinin 224 olduğu açıqlanıb.
İran ordusunun İsrailə ballistik raketlərlə cavab verməsi nəticəsində 24 nəfərin öldüyü, 500-dən çox insanın yaralandığı bildirilib.

Seçilən
2
Ajans.az

1Mənbələr