AZ

“İnter” Çalhanoğlu barədə qərar verdi

Milan “İnter”i bu yay yarımmüdafiəçi Hakan Çalhanoğlunu satmağı planlaşdırmır.

Oxu.Az xəbər verir ki, bunu “Sky Sport Italia” jurnalist Luka Markettiyə istinadən xəbər verir.

Futbolçunun mümkün transferi ilə bağlı klubun digər komandalarla əlaqəsinin olmadığı və buna görə də “İnter”in yarımmüdafiəçiyə heç bir əvəz axtarmadığı bildirilir.

Xatırladaq ki, ötən mövsüm 31 yaşlı yarımmüdafiəçi bütün turnirlərdə 47 matçda iştirak edib, 11 qol vurub və 8 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi qüvvədədir.

Seçilən
9
2
ictimairey.az

3Mənbələr