AZ

Gecənin döyüşü: Camal Hill və Xalil Rauntri Bakıya nokautla gəldi

BAKI, 17 iyun. TELEQRAF

Orta ağır çəkidə çıxış edən amerikalı UFC döyüşçüləri Camal Hill və Xalil Rauntri iyulun 22-də "UFC on ABC" turnirinin sonuncu əsas döyüşündə üz-üzə gələcəklər.

Teleqraf xəbər verir ki, Bakı Kristal Zalında keçiriləcək döyüş iyunun 21-dən 22-nə keçən gecə saat 01:30-da baş tutacaq.

Hill peşəkar karyerası ərzində döyüşlərindən 12 qələbə, 3 məğlubiyyətlə ayrılıb, daha bir görüş isə baş tutmamış hesab olunub. O, yanvarda keçirilmiş UFC 311 turnirində çexiyalı İrji Proxazkaya texniki nokautla məğlub olub.

Rauntrinin peşəkar karyerasında 14 qələbə, 6 məğlubiyyət və 1 baş tutmamış döyüş var. O, 2024-cü ilin oktyabrında UFC 307 turnirində braziliyalı Aleks Pereyraya texniki nokautla uduzub.

Seçilən
1
teleqraf.com

1Mənbələr