TBİLİSİ, 17 iyun. TELEQRAF
Gürcüstanda əcnəbilərin işə götürülməsi üçün xüsusi iş icazələrinin verilməsi mexanizmi hazırlanaraq tətbiq olunacaq.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bununla bağlı ölkənin “Əmək miqrasiyası haqqında” Qanununa düzəlişlər hazırlanıb.
Bundan əlavə, qanunu pozan əcnəbilərə cərimələr tətbiq ediləcək, işəgötürənlər üçün isə artırılacaq.
Yerli işəgötürənlər müvafiq icazəsi olmayan əcnəbiləri işə götürəcəyi halda hər biri üçün 2 min lari (1 247 AZN) məbləğində cərimə ödəməli olacaqlar. İcazə əldə etməyən özünüməşğul əncəbilər üçün də 2 min lari məbləğində cərimənin tətbiqi nəzərdə tutulur. Qayda pozuntusuna təkrar yol verilərsə, cərimələrin məbləği ikiqat və yaxud üçqat artırılacaq.
Yeni qaydaların 2026-cı ilin martın 1-dən qüvvəyə minəcəyi gözlənilir.