Ağ Ev İranla ABŞ-ın xüsusi nümayəndəsi Steve Vitkoff və İranın xarici işlər naziri Abbas Araqçi arasında bu həftə görüşünün mümkünlüyünü müzakirə edir.
Danışıqların məqsədi nüvə sazişinin təfərrüatlarını və İsraillə İran arasında atəşkəs məsələsini müzakirə etməkdir.
Editor.az bildirir ki, bu barədə “Axios” mənbələrə istinadən xəbər verir. Nəşrin həmsöhbətlərinin fikrincə, bu görüş həlledici ola bilər. Onun nəticəsi ABŞ-ın vəziyyəti diplomatik yolla həll etmək üçün səylərini davam etdirəcəyini, yoxsa İrana qarşı müharibəyə qoşulacağını göstərəcək.
Mənbələrdən biri hesab edir ki, ABŞ prezidenti Donald Tramp Vaşinqtonu birbaşa münaqişəyə cəlb etmək niyyətində deyil. Bununla belə, onun fikrincə, bunker bombalarının İsrail ordusuna verilməsi Tehrana təsir rıçaqı ola bilər.
Xatırladaq ki, bundan əvvəl cənab Tramp regionda davam edən hərbi əməliyyatlara görə Tehran sakinlərini təxliyə etməyə çağırıb. O, həmçinin Kanadada keçirilən G7 sammitini də erkən tərk edərək Vaşinqtona qayıdıb.
//Samir Qurbanov, Editor.az