AZ

İsrailqarşı genişmiqyaslı əməliyyata başlayacaq

BAKI, 17 iyun. TELEQRAF

İsrail İrana qarşı yeni və daha genişmiqyaslı hərbi əməliyyat hazırlayıb.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin ABŞ-dəki səfiri Yehiel Layteri bildirib.

Onun sözlərinə görə, bu əməliyyatın miqyası o qədər böyük olacaq ki, 2024-cü ildə Livanda “Hizbullah” üzvlərinin peycerlərinin (səhra rabitə cihazları) kütləvi şəkildə sıradan çıxarılması onun fonunda “demək olar ki, sadə” görünəcək.

“Biz bir neçə gözlənilməz addım hazırlamışıq. Toz-duman çəkiləndə, yəni cümə axşamı və ya cümə günü, elə hadisələr baş verəcək ki, peycer əməliyyatı onların yanında sadə və kiçik görünəcək”.

Səfirin sözlərinə görə, yaxın günlərdə İsrail tərəfindən İrana qarşı ciddi və təsirli hərbi addımların atılması gözlənilir.

Seçilən
0
teleqraf.com

1Mənbələr