AZ

Gənə təhlükəsi böyüyür: Sivasda 8-ci ölüm

Sivasın Gölova rayonunda 67 yaşlı K.M.-yə gənə yapışıb. Kırım-Konqo qanamalı qızdırması diaqnozu ilə xəstəxanaya yerləşdirilən qadın bir aylıq müalicəyə baxmayaraq həyatını itirib. Bununla da bölgədə virusdan ölənlərin sayı 8-ə çatıb.

Sherg.az xəbər verir ki, hadisə ilə bağlı həkim xəbərdarlıq edir:

Təbiətə çıxarkən uzunqollu, açıq rəngli geyimlər geyinilməlidir.

Paltarlar corabın içinə salınmalı, bədən (xüsusilə qulaq arxası, bel, qoltuqaltı) yoxlanmalıdır.

Gənə  aşkarlanarsa, dərhal tibbi yardım alınmalı, çıxararkən heç bir kimyəvi maddə istifadə edilməməlidir.

Xəstə ilə təmas zamanı qoruyucu vasitələrdən istifadə vacibdir.

Əlamətlər: Yorğunluq, yüksək hərarət, baş və əzələ ağrısı, ürəkbulanma, ishal. Bu hallarda dərhal həkimə müraciət edilməlidir.
Seçilən
15
sherg.az

1Mənbələr