AZ

Aviasiyada kimyəvi təhdidlər diqqət mərkəzindədir

Müasir dövrdə kimyəvi silahlarla edilə biləcək hücumlar mülki aviasiya üçün təhlükə mənbəyi sayılır.

Heftelik.az-ın məlumatına görə, bu, “Mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması Metodikası”nda əksini tapıb.

Son münaqişələrdə kimyəvi zəhərləyici maddələrdən istifadə olunması bu təhdidə diqqəti artırıb.

Aviasiya obyektlərinə qarşı belə hücumlar hələlik qeydə alınmasa da, gələcəkdə bu risk istisna edilmir.

Təhlükənin xüsusilə sıx insan toplanan ərazilərdə və hava gəmisində tətbiqi mümkün sayılır.

Terrorçuların bu maddələrə maraq göstərməsi ehtimalın nəzərə alınmasını zəruri edir.

Hazırda isə bu cür hücumun baş vermə ehtimalı aşağı səviyyədə qiymətləndirilir.

Ən təhlükəli maddələrin hazırlanması üçün xüsusi bilik və texniki imkanlar tələb olunur.

 

Seçilən
4
heftelik.az

1Mənbələr