AZ

İdman Arbitraj Məhkəməsi İrlandiya klubunun şikayətini rədd etdi

İrlandiyanın "Droeda Yunayted" klubu 2025/2026 mövsümündə Konfrans Liqasında iştirakdan məhrum edilib.

Fanat.Az xəbər verir ki, İdman Arbitraj Məhkəməsi (CAS) bununla bağlı UEFA-nın çıxardığı qərarı qüvvədə saxlayıb.
 
Bu barədə ESPN məlumat yayıb. Rəhbər orqan İrlandiya təmsilçisinin ölkə kubokunu qazanmasına baxmayaraq, Konfrans Liqasında iştirak edə bilməyəcəyi barədə hökm verib.  

"Droeda Yunayted" Danimarkanın “Silkeborq” komandası ilə “Trivela Group”a məxsus olduğu üçün eyni yarışda mübarizə apara bilməz. Belə ki, hər iki klub eyni şirkət tərəfindən maliyyələşdiyi üçün qurum İrlandiya komandasının Konfrans Liqasında iştirakını uyğun saymayıb.

Klub artıq bununla bağlı təəssüfünü bildirib və azarkeşlərdən üzr istəyib.

Mirağa

Seçilən
12
fanat.az

1Mənbələr