AZ

5 ayda Azərbaycanda içki və tütünə 1 mlrd. manatdan çox pul xərclənib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanın pərakəndə ticarət şəbəkəsində bu ilin yanvar-may ayılarında istehlakçılar tərəfindən içkilər və tütün məmulatlarına 1 milyard 65 milyon manat xərclənib.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 0,1% çoxdur. 

Əlavə edək ki, bu ilin ilk 5 ayında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 4,6%-i içkilər və tütün məmulatlarının alınmasına sərf olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
10
banco.az

1Mənbələr