AZ

Rusiyanın Kiyevə hücumu: bu qədər insan ölüb

Xəbər verdiyimiz kimi iyunun 17-nə keçən gecə Rusiyanın kütləvi hücumu nəticəsində ilkin məlumatlara görə, Kiyevdə 14 nəfər həlak olub, 55 nəfər yaralanıb.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı yazıb.

"İlkin məlumatlara görə, Kiyevdə artıq 14 ölü var. Məlumat dəqiqləşdiriləcək", - Kiyev Dövlət Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib.

O, zərbə dəyən yerlərdən birində olduğunu deyib. Qeyd edib ki, dağıntılar altında olan insanların axtarışı davam edir.

Hadisə yerindən olan videodan da göründüyü kimi, Kiyevdə çoxmərtəbəli yaşayış binasının bütöv bir girişi dağıdılıb.

Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, 40-dan çox mənzil dağılıb. "Dağıntılar altında insanlar ola bilər. Ölənlərin sayının arta biləcəyini istisna etmirik", - şəhər meri məlumat verib.

Daxili işlər naziri İqor Klimenko paytaxtın müxtəlif ərazilərində 27 məntəqənin atəşə tutulduğunu bildirib. Onların arasında yaşayış binaları, təhsil müəssisələri, mühüm infrastruktur obyektləri var.

Seçilən
4
publika.az

1Mənbələr