AZ

Fatih Terim "Əl-Şabab"dan ayrılır

style='margin-bottom:10px;'>

Türkiyəli mütəxəssis Fatih Terim Səudiyyə Ərəbistanının “Əl Şabab” klubundan ayrılacaq.

QOL.az xəbər verir ki, bu barədə Türkiyənin "HT Spor" nəşri məlumat yayıb.

Xəbərdə bildirilib ki, Terim müqaviləsində sözləşməni uzatma bəndinin olmasına baxmayaraq, komandada qalmaq istəməyib.

Qeyd edək ki, Türkiyə millisinin və "Qalatasaray"ın sabiq baş məşqçisi 2024-cü ilin dekabrından "Əl-Şabab"ı çalışdırır. Onun komandası mövsümü 60 xalla 6-cı pillədə başa vurub..

Seçilən
4
1
teleqraf.com

2Mənbələr