AZ

Menecerindən Şeydayev açıqlaması

BAKI, 17 iyun. TELEQRAF

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev 2025/2026 futbol mövsümünü də “Neftçi”də keçirəcək.

Bu barədə Teleqraf-a 29 yaşlı hücumçunun serbiyalı meneceri Jelko Dekiç məlumat verib.

Dekiç təcrübəli forvardın klubu tərk etməyəcəyini açıqlayıb. O, həmçinin Şeydayevə ciddi təklifin olmadığını deyib: “Ramil hazırda istirahət edir. Daha sonra klubla toplanışa qatılacaq. Deyə bilərəm ki, Ramil “Neftçi”dən ayrılmayacaq”!

Qeyd edək ki, Ramil Şeydayev ötən yay “Kocaelispor”dan “Neftçi”yə 3 illik müqavilə ilə transfer olunub. Millinin üzvü “ağ-qaralar”ın heyətində mövsüm ərzində cəmi 4 dəfə fərqlənə bilib. Transfermark portalı Şeydayevə 800 min avro qiymət qoyub. Onun ayda təxminən 80 min manat maaş aldığı bildirilir.

Seçilən
1
2
teleqraf.com

3Mənbələr