AZ

Filippo: "Tramp G7 sammitindən sonra Makronu aşağıladı"

ABŞ prezidenti Donald Tramp G7 sammitini tərk etdikdən sonra fransalı həmkarı Emmanuel Makronu Truth sosial şəbəkəsindəki paylaşımı ilə aşağılayıb. Bu barədə Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippo X sosial şəbəkəsindəki səhifəsində yazıb.


“Bu, tam bir alçaldılmadır!”,- Filippo Trampın paylaşımını şərh edərkən deyib.


Qeyd edək ki, Tramp paylaşımda Makronu "Ağ Ev rəhbəri İsrail-İran münaqişəsinin həlli üzərində işləmək üçün G7 sammitini vaxtından əvvəl tərk etdi" deməsindən sonra tənqid edib.


Onun sözlərinə görə, bu, “yanlış bəyanat” olub və Makronun Trampın niyə Vaşinqtona qayıtması barədə “heç bir məlumatı ola bilməz”. ABŞ prezidenti həmçinin qeyd edib ki, bunun İsrail və İran arasında atəşkəslə heç bir əlaqəsi yoxdur. Söhbət daha böyük məsələdən egdir. Amerika lideri qeyd edib ki, istər qəsdən olsun, istər bilmədən, Makron həmişə yanılır.

Tural

Seçilən
3
news365.az

1Mənbələr