Bakı. Trend:
Müsabiqədə qızlar daha çox iştirak edir, lakin qaliblər arasındaoğlanlar üstünlük təşkil edir.
Trend xəbərverir ki, bunu Təhsil İnstitunun Qiymətləndirmə, təhlil vəmonitorinq mərkəzinin direktoru İbrahim Baxışlı "Bilbacar"müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi zamanı çıxışedərkən deyib.
O qeyd edib ki, “BilBacar” layihəsində iştirak edən təxminən3.000 nəfərin cins bölgüsü demək olar ki, bərabərdir, yəni həmoğlan, həm də qız şagirdlər eyni səviyyədə təmsil olunublar. Lakinfinal mərhələsində qızların sayca üstünlük təşkil etdiyi müşahidəolunub:
“Buna baxmayaraq, qaliblər arasında oğlanların üstünlüyü dahanəzərə çarpandır. Son nəticələrə əsasən, qalib şagirdlərin təxminən60 faizi oğlanlardır. Bu tendensiya layihəyə qatılan 4.000–6.000nəfər arasındakı ümumi iştirakçı kütləsində də hiss olunub. Yəni,iştirak səviyyəsində gender balansı qorunsa da, qalibiyyətgöstəricilərində oğlanların üstünlüyü müşahidə edilir”.
İbrahim Baxışlının sözlərinə görə, bu rəqəmlər təhsil prosesindəqız və oğlan şagirdlərin fərqli mərhələlərdə fərqli şəkildə uğurgöstərməsinin səbəblərini daha dərindən araşdırmağın vacibliyiniortaya qoyur.