AZ

Bakı şəhərinin ekoloji inkişafı beynəlxalq tədbirdə təqdim edildi - FOTOLAR

Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədr müavini Nadimə Rəhimli, Almaniyanın Bonn şəhərində keçirilən UNFCCC SB62 tədbirində iştirak edib.

QHT.az xəbər verir ki, iyun ayının 16-ı Bonn şəhər meriyası tərəfindən təşkil olunmuş rəsmi qəbulda Nadimə Rəhimli şəhərin meri xanım Katja Dörner ilə tanış olub və Bakı şəhəri haqqında, eləcə də ölkədə karbon emissiyalarının azaldılması və bərpa olunan enerji sahəsində aparılan işlər barədə məlumat verib.

O, Bakı şəhərinin ekoloji inkişaf istiqamətindəki təşəbbüslərini vurğulayaraq, xüsusilə "yaşıl transport" mövzusunda həyata keçirilən layihələrdən bəhs edib:

"Bonn şəhəri 2030-cu ilə qədər enerji, nəqliyyat, binalar və tullantı sahələrində emissiyaların azaldılması istiqamətində ciddi addımlar ataraq karbon neytrallığına nail olmağı hədəfləyir".

 

Pərvanə Fərhadqızı

Seçilən
18
qht.az

1Mənbələr