
İngiltərənin “Liverpul” klubu əsas forvardı Darvin Nunyesi 60 milyon avroya satmağa hazırdır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Corriere dello Sport” qəzeti məlumat yayıb.
Məlumata görə, futbolçunun transferində İtaliyanın “Napoli” və “Milan” klubları maraqlıdır. Belə ki, “Napoli”nin idman direktoru Covanni Manna artıq uzun müddətdir ki, Nunyeslə bağlı vəziyyəti izləyir.