AZ

Tayvanın yerli istehsal etdiyi ilk sualtı qayığı dənizə çıxmağa hazırlaşır

Tayvanın Qaosyun limanında yerli istehsal edilmiş ilk dizel-elektrik sualtı qayığın ilkin dəniz sınaqlarına başlanılıb.

Herbiand.az xarici mətbuata istinadən bildirir ki, 2023-cü ilin sentyabrında istifadəyə verildiyi vaxtdan dizel-elektrik sualtı qayığın göyərtəsində sistemlərin kalibrlənməsi və yanalma sınaqları aparılıb.

Qeyd edilib ki, “Hay Kun”un yedək gəmisinin köməyi olmadan liman daxilində hərəkəti dizel-elektrik hərəkət sisteminin və əlaqəli idarəetmə sistemlərinin uğurla işə salınmasından xəbər verir.

“Hay Kun” sualtı qayığının təməli 2021-ci ilin sentyabrında qoyulub. Həmin dövrdə onun 2024-cü ilin sonuna kimi donanmaya təhvil verilməsi planlaşdırılırdı. Lakin yerli mətbuatda çıxan qalmaqallar proqramın həyata keçirilməsinə təsir etdi. Bir neçə ildir ki, Tayvan mediası sualtı qayığın tərtibatçılarını və inşaatçılarını korrupsiyada və məxfi məlumatları sızdırmaqda ittiham edirdi.

Sualtı qayıq həm sualtı hədəfləri, həm də böyük suüstü gəmiləri vurmağa qadir olan Mod6 Advanced Technology versiyasının 533 mm-lik Mk48 amerikan ağır torpedaları ilə silahlanacaq. Gələcəkdə sualtı qayıqların UGM-84L “Harpoon” gəmi əleyhinə raket kompleksi ilə təchiz edilməsi də planlaşdırılır.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
4
herbiand.az

1Mənbələr