Slutski, həmçinin Fransa prezidenti Emmanuel Makronun Rusiya Yaxın Şərqdəki konfliktin nizamlanmasında vasitəçi ola bilməz fikrinə münasibət bildirib. Deputat qeyd edib ki, Rusiya İrana və İsrailə regional siyasətin həssas məqamlarında geniş əməkdaşlıq təcrübəsinə malikdir və buna görə də ən yaxşı vasitəçidir.
O, münaqişənin öz axarına buraxılmasının özlərinə qarşı eksperiment aparmaq demək olduğunu vurğulayıb. Slutski bəzi məsuliyyətsiz qərb siyasətçiləri, o cümlədən Makronun bunu anlamadığını qeyd edib. O, həmçinin bildirib ki, "dünyanın müxtəlif ölkələrində ağıllı insanlar bu münaqişəni nəzarət altına almağın, raket zərbələri ilə deyil, danışıqlar masasında həll etməyin vacibliyini başa düşürlər. Burada hörmətli və effektiv vasitəçi olmadan mümkün deyil. Çünki BMT-nin çağırışları hələlik nə İsraildə, nə də İranda dinlənilməyib."
Slutskinin sözlərinə görə, Rusiya bu mürəkkəb regional konflikti sülh yolu ilə həll etmək üçün açıq dialoq və əməkdaşlıq səylərini davam etdirəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31