AZ

Tramp Makronu biabır etdi: Yalan danışır, hər şeyi qarışdırır

ABŞ prezidenti Donald Tramp Fransa lideri Emmanuel Makronun İsrail və İran arasında atəşkəs danışıqlarına görə onun Kanadada keçirilən G7 sammitini tərk etməsi ilə bağlı iddiasını təkzib edib.

Publika.az xəbər verir ki, o bu barədə "Truth" sosial şəbəkəsində yazıb

"Makron yalandan İsrail və İran arasında "atəşkəs" üzərində işləmək üçün Kanadada keçirilən G7 sammitini tərk etdiyimi iddia etdi! Doğru deyil!", - deyə Tramp qeyd edib.

Amerika lideri Fransa prezidentini tənqid edərək, onu "reklampərəst"və “hər şeyi qarışdıran” adlandırıb. Tramp sammiti tərk getməsinin səbəbinin Yaxın Şərqdəki atəşkəsdən "daha ciddi" olduğunu söyləyib, lakin o, ətraflı məlumat verməyib və insanları xəbərləri izləməyə çağırıb.

Seçilən
4
publika.az

1Mənbələr