AZ

İran ABŞ-la danışıqları bərpa etmək üçün şərtini AÇIQLADI

İran rəsmiləri vasitəçilərə ABŞ-la nüvə danışıqlarını bərpa etməyə hazır olduqlarını bildiriblər.

Hurriyyet.az xəbər verir ki, məlumatı “The Washington Post” rəsmi mənbələrə istinadən yayıb.

Bildirilir ki, İran tərəfinin yeganə şərti İsrailin hücumu dayandırmasıdır.

Qəzet yazır ki, bir İran rəsmisinin sözlərinə görə, Tehranın mövqeyi belədir: “Biz heç vaxt danışıqlar masasını tərk etməmişik, lakin atəş altında olduğumuz müddətdə heç bir danışıqlar olmayacaq”.

Qəzet qeyd edib ki, Oman və Qətər atəşkəs danışıqlarının başlanğıcında vasitəçi kimi çıxış edə bilər.

Musavat.com

Seçilən
6
2
hurriyyet.az

3Mənbələr